Kriminal

"Nissan" və VAZ toqquşdu: ölən və yaralananlar var

25 Jun 2026, 21:43 1 baxış
"Nissan" və VAZ toqquşdu: ölən və yaralananlar var

Sabirabad rayonunda minik avtomobilləri toqquşub.


Axar.az xəbər verir ki, hadisə rayonun Qarağac kənd yolunda qeydə alınıb.


Qəza zamanı Sabirabadın Bala Həşimxanlı kənd sakini, 1975-ci il təvəllüdlü Bəyanət Kamil oğlu İbadovun idarə etdiyi “VAZ-2107” və İmişli rayonunun Gövhərli kənd sakini, 1998-ci il təvəllüdlü Rəvanə Zaman qızı Nəsirlinin idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub.


Hadisə nəticəsində “VAZ-2107”nin sürücüsü ölüb, sərnişini, Sabirabadın Bala Həşimxanlı kənd sakini, 1987-ci il təvəllüdlü Arif Vüqar oğlu Paşayev, həmçinin “Nissan”nın sürücüsü və avtomobildə olan sərnişinlər - İmişlinin Gövhərli kənd sakini, sürücünün övladı, 2016-cı il təvəllüdlü R.M.Nəsirli və İmişlinin Bəhrəmtəpə qəsəbə sakini, 1991-ci il təvəllüdlü Ülviyyə Zakir qızı Azadova xəsarət alıblar.Yaralılar xəstəxanaya yerləşdiriliblər.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər