Siyasət

Venesuela zəlzələlərdən sonra dəstəyə görə Azərbaycana təşəkkür edib

25 Jun 2026, 18:46 2 baxış
Venesuela zəlzələlərdən sonra dəstəyə görə Azərbaycana təşəkkür edib
Venesuela çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılarla nəticələnən iki güclü zəlzələ ilə əlaqədar göstərdiyi həmrəyliyə və başsağlığına görə Azərbaycana minnətdarlığını bildirib. Oxu.Az xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Xil Pinto "X" sosial şəbəkəsindəki hesabında yazıb. "Venesuela hökuməti xalqımıza ünvanlanmış həmrəylik və başsağlığı mesajına görə Azərbaycan Respublikasına səmimi minnətdarlığını bildirir", - nazir qeyd edib. Xatırladaq ki, iyunun 24-də axşam Venesuelada 7.2 və 7.5 bal gücündə iki yeraltı təkan baş verib. Onların episentrləri Venesuelanın Yarakuy ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib. Məlumata görə, azı 164 nəfər həlak olub, 971 nəfər yaralanıb və onlarla bina dağılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər