Digər

Varşavada təyyarə qəzası: ölənlər var - Video

25 Jun 2026, 17:29 9 baxış
Varşavada təyyarə qəzası: ölənlər var - Video

Polşanın paytaxtı Varşavanın Bemovo hava limanında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.


Axar.az xəbər verir ki, bu barədə WP nəşri məlumat verib.


Məlumata görə, təyyarə eniş etməyə çalışsa da, sürücülərin təlim mərkəzinin yaxınlığında yerə çırpılıb.


Mülki aviasiya qəzası nəticəsində 2 nəfərin öldüyü bildirilib.


Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.


Həmçinin məlum olub ki, insident nəticəsində yaxınlıqdakı meydançada olan kənar şəxs də yaralanıb. Lakin ona lazımi tibbi yardım göstərilib və həyatına hər hansı təhlükə yoxdur.

Mənbə axar.az

Oxşar Xəbərlər