Siyasət
Beş hərbçiyə "general-mayor" ali hərbi rütbəsi verildi - ADLAR
Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor" ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb. Oxu.Az President.az-a istinadən xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına "general-mayor" ali hərbi rütbəsi verilib: polkovnik Rəsul Rasim oğlu Əliyevə polkovnik Elçin Rəhim oğlu Abdullayevə polkovnik Azər Əfrayıl oğlu Heybətliyə polkovnik Gülməmməd Tofiq oğlu Rzayevə polkovnik Ruslan Dünyaməddin oğlu Ağasiyevə.
Mənbə
oxu.az