Digər
Rusiya bu ölkəyə dron satdı
Rusiyanın Kalaşnikov şirkəti Hindistana mülki təyinatlı “Karakurt” PUA-larının tədarükünə başlayacaq.
Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, şirkət Hindistan tərəfdaşı ilə kopter tipli “Karakurt” PUA-larının tədarükünə dair müqavilə imzalayıb. Sənəd Hindistanda keçirilən “Hindistan Daxili Təhlükəsizlik Sərgisi” çərçivəsində bağlanıb.
Bildirlib ki, müqaviləyə əsasən, “Karakurt” dronlarının ilk partiyası 2026-cı ilin sonunadək sifarişçiyə təhvil veriləcək.
Mənbə
axar.az