Digər

Spiker vəzifəsini kim tutacaq? – Paşinyan

25 Jun 2026, 14:45 10 baxış
Spiker vəzifəsini kim tutacaq? – Paşinyan

Ermənistan parlamentinin yeni sədrinin kim olacağı bu gün məlum olacaq.


Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə bildirib.


Onun sözlərinə görə, bu gün hakim Mülki Müqavilə Partiyasının iclası keçiriləcək və üç namizəd arasından biri gizli səsvermə yolu ilə seçiləcək:


“Namizədləri dinləyəcəyik və qərar verəcəyik. Həm mən, həm də partiyadakı həmkarlarım seçimimizi gizli səsvermə ilə edəcəyik”.

Mənbə axar.az

Oxşar Xəbərlər