Digər
Yaponiyada da şiddətli zəlzələ oldu - Video
Yaponiyanın şimal-şərqində 7,2 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri İvata prefekturasının şərqində, yerin 50 km dərinliyində yerləşib.
İlkin məlumata görə, zəlzələ nəticəsində azı 6 nəfər xəsarət alıb.
Yaponiya Baş naziri Sanae Takaiçi zəlzələnin nəticələri barədə məlumat toplamaq və təhlil etmək üçün təcili qərargah yaradıb.
Mənbə
axar.az