Digər

Türkiyəyə F-35 verilməsi... – Vens də təsdiqlədi

25 Jun 2026, 11:23 6 baxış
Türkiyəyə F-35 verilməsi... – Vens də təsdiqlədi

ABŞ administrasiyası Türkiyəyə ”F-35 Lightning II” qırıcılarının verilməsi imkanını nəzərdən keçirir və bununla bağlı Konqreslə işləyir.


Axar.az xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Ceyms Devid Vens deyib.


Onun sözlərinə görə, müdafiə naziri Pit Heqset və bütün komanda hazırda bu məsələ üzərində çalışır:


“ABŞ qanunvericiliyinin tələblərinə əməl olunması üçün təsdiqlənməli olan müəyyən məqamlar var. Prezident bizə bununla məşğul olmağı tapşırıb. Məsələ əsasən Konqresin səlahiyyətlərinə aiddir: Söhbət Türkiyənin F-35-ləri ala bilməsi üçün ABŞ qanunlarına əməl edib-etməməsindən gedir”.


Qeyd edək ki, bundan öncə ABŞ Prezidenti Donald Tramp Türkiyəyə F-35-lər verilə biləcəyini açıqlamışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər