Digər

Rusiya Rumıniya səfirini XİN-ə çağırdı

25 Jun 2026, 11:47 11 baxış
Rusiya Rumıniya səfirini XİN-ə çağırdı

Rumıniyanın Moskvadakı səfiri Kristian İstrate Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.


Axar.az xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.


“Rumıniya səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və orada ona Konstansadakı Rusiya Baş Konsulluğunun bağlanması ilə bağlı cavab tədbirləri barədə məlumat veriləcək”, - o bildirib.


Qeyd edək ki, may ayının sonunda Rumıniya Prezidenti Nikuşor Dan Rusiyanın Konstansadakı baş konsulu Andrey Kosilini Rumıniyada arzuolunmaz şəxs elan etmiş və konsulluğun bağlandığını bildirmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər