Siyasət
Abbas Abbasov: "Qərbi azərbaycanlılarla bağlı mövzunun beynəlxalq ictimaiyyətə düzgün çatdırılmasına imkan verilmir"
"XX əsr boyu - 1905-ci ildən başlayaraq, 1991-ci ilə qədər qərbi azərbaycanlılar öz dədə-baba yurdlarından didərgin salınıblar". Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Vaşinqtonda Konqres binasında keçirilən "Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: ikili standartlar və selektiv yanaşmalar" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, mövzunun müəyyən qüvvələr tərəfindən beynəlxalq ictimaiyyətə hələ də kifayət qədər düzgün çatdırılmasına imkan verilmir. "Bakı Təşəbbüs Qrupu olaraq digər vətəndaş cəmiyyəti institutlarına, beynəlxalq təşkilatlara, beynəlxalq institutlara çağırış edərək bildiririk ki, 1991-ci ilə qədər davam edən etnik təmizləmə siyasəti ilə bağlı aidiyyəti qüvvələr və təşkilatlar beynəlxalq təşkilatlar qarşısında cavab versinlər", - deyə o əlavə edib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər