Kriminal

Ağcabədidə həyətyanı sahədə narkotik plantasiyası aşkar edilib - VİDEO

24 Jun 2026, 10:40 1 baxış
Ağcabədidə həyətyanı sahədə narkotik plantasiyası aşkar edilib - VİDEO
Ağcabədi rayonunda həyətdə narkotik plantasiyası aşkarlanıb. Oxu.Az xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində əməliyyat keçiriblər. Əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 42 yaşlı Təyyar Rüstəmov saxlanılıb. Onun həyətyanı sahəsinə baxış keçirilərkən kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə T.Rüstəmov barəsində həbs qətimkan tədbiri seçilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər