Siyasət

İlham Əliyev: "İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib"

24 Jun 2026, 10:51 2 baxış
İlham Əliyev: "İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib"
"Milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan və dünyada milyardlarla insan üçün mənəvi dayaq və bələdçi rolunu oynayan İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib". Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına müraciətində yer alıb. "Biz İslamın həmrəylik və qarşılıqlı hörmət prinsiplərinin təbliği istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edir, mütəmadi olaraq İƏT və onun qurumlarının tədbirlərinə ev sahibliyi edirik", - deyə Azərbaycan Prezidentinin müraciətində vurğulanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər