Kriminal

Naxçıvanda avtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var

24 Jun 2026, 02:04 3 baxış
Naxçıvanda avtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var
Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Uzunoba kəndi ərazisində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə "Mercedes" markalı minik avtomobili ilə "Hyundai" markalı avtobusun toqquşması nəticəsində qeydə alınıb. Qəza nəticəsində 2007-ci il təvəllüdlü Kənan Babək oğlu Rüstəmov, 2006-cı il təvəllüdlü Kamran Vüqar oğlu Sadıqov və 1963-cü il təvəllüdlü Tamara Yusif qızı Tağıyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Naxçıvan Muxtar Respublikası Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
{{gallery}}
Naxçıvanda avtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var Naxçıvanda avtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var
Mənbə oxu.az

Oxşar Xəbərlər