Siyasət
Azərbaycan və Türkmənistan liderləri Qarabağda birlik nümayiş etdirdilər - VİDEO
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfərinin ən yaddaqalan hissəsi Qarabağa ziyarət olub. Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib. İyunun 23-də Füzuli Beynəlxalq Hava Limanına gələn Türkmənistan liderini Prezident İlham Əliyev qarşılayıb. Hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Səfərin ilk ünvanı Füzuli şəhəri olub.
Prezidentlər işğal dövründə tamamilə dağıdılmış ərazilərə baxıblar. Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov qonağa Ermənistanın 30 illik işğalı zamanı törətdiyi dağıntılar, vandalizm aktları və şəhərin yenidən qurulması istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, vaxtilə inkişaf edən Füzuli şəhəri işğal illərində yerlə-yeksan edilib. Torpaqlar azad olunduqdan sonra isə qısa müddətdə Baş Plan hazırlanaraq təsdiqlənib. Ümumi sahəsi təxminən iki min hektar olan şəhərdə 2040-cı ilə qədər 50 min nəfərin yaşaması nəzərdə tutulur. Müasir şəhərsalma prinsiplərinə uyğun yenidən qurulan Füzulidə ağıllı şəhər konsepsiyası tətbiq ediləcək. Səfər zamanı Türkmənistanın dəstəyi ilə Füzulidə inşa olunan məscid layihəsi də təqdim edilib. Bir hektardan çox ərazini əhatə edən məscid kompleksində iki 40 metrlik minarə ucaldılacaq. Məsciddə eyni vaxtda 500 nəfərin ibadət etməsi üçün şərait yaradılacaq. Bu layihə Azərbaycan-Türkmənistan dostluğunun və türk dünyasının həmrəyliyinin növbəti nümunəsi kimi qiymətləndirilir.

Mənbə
oxu.az