İdman
DÇ-2026-nin qalibinə kuboku kim təqdim edəcək?
"2026-cı il dünya çempionatının final matçından sonrakı mükafatlandırma mərasimində ABŞ Prezidenti Donald Tramp iştirak edəcək. Oxu.Az xəbər verir ki, bu barədə FIFA prezidenti Canni Infantino "Fox News" telekanalına müsahibəsində bildirib. İnfantinonun sözlərinə görə, o, iyulun 19-da turnirin həlledici oyununu ABŞ lideri ilə birlikdə izləmək niyyətindədir. Qarşılaşma başa çatdıqdan sonra onlar dünya çempionu olacaq komandaya kuboku təqdim etmək üçün səhnəyə qalxacaqlar. Qeyd edək ki, həlledici oyun İst-Raterfordda (Nyu-Cersi ştatı), "MetLife Stadium"da keçiriləcək.
Mənbə
oxu.az