Kriminal
İsmayıllıda bədbəxt hadisə: Traktorun altında qalan kişi öldü
İsmayıllı rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Oxu.Az xəbər verir ki, hadisə rayonun Lahıc qəsəbəsində qeydə alınıb. Məlumata görə, Sumqayıt şəhər sakini, 1970-ci il təvəllüdlü Əyyub İslam oğlu Əfəndiyev iş görən zaman traktorun altında qalıb. Onun ayağı traktorun tırtıl lentinə ilişib və nəticədə o, nəqliyyat vasitəsinin altında qalaraq həyatını itirib.
Mənbə
oxu.az