Siyasət
Numan Kurtulmuş Azərbaycana gəlib
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş və onun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. Oxu.Az xəbər verir ki, türkiyəli nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatı Parlamentlər İttifaqının 20-ci Konfransında iştirak etmək üçün ölkəmizə səfər ediblər. Xatırladaq ki, Bakıda 22-25 iyun tarixlərində İslam Əməkdaşlıq Təşkilatı Parlamentlər İttifaqının 20-ci Konfransı keçirilir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər