Siyasət

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

23 Jun 2026, 15:20 2 baxış
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Azərbaycana səfər etməyi planlaşdırır. Oxu.Az xəbər verir ki, bu barədə "Report"a diplomatik mənbə məlumat verib. "O, sabah Bakıya gələcək", - deyə mənbə qeyd edib. Mənbə səfərin təfərrüatını açıqlamayıb. Öz növbəsində, Qrononun ofisindən bildirilib ki, o, iyunun 25-26-da Bakıda Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcək. Qeyd edək ki, Maqdalena Qrono sonuncu dəfə Azərbaycana 2026-cı ilin yanvarında səfər edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər