Siyasət

Maqdalena Qrono Azərbaycana gəlir

23 Jun 2026, 14:36 1 baxış
Maqdalena Qrono Azərbaycana gəlir

Avropa Birliyinin (AB) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Azərbaycana səfər etməyi planlaşdırır.


Axar.az xəbər verir ki, bu barədə Report-a diplomatik mənbə məlumat verib.


"O, sabah Bakıya gələcək", - mənbə qeyd edib.


Mənbə səfərin təfərrüatlarını açıqlamayıb.


Qeyd edək ki, Maqdalena Qrono sonuncu dəfə Azərbaycana 2026-cı ilin yanvarında səfər edib.

Mənbə axar.az

Oxşar Xəbərlər