Kriminal
İmişlidə ticarət obyektlərindəki yanğın söndürülüb - VİDEO
İmişlidə obyektlərdə baş verən yanğın söndürülüb. Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, İmişli şəhəri, Nəcməddin Savalanov küçəsində yerləşən obyektdə baş verən yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb. İmişlidə obyektlərin yerləşdiyi ərazidə yanğın başlayıb. Oxu.Az xəbər verir ki, hazırda yanğın 10-12 obyekti əhatə edir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. Sözügedən hadisədən görüntünü təqdim edirik:
Mənbə
oxu.az