Kriminal
Təkrar qumar cinayətlərinə görə həbs müddəti ARTIRILIR
Qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlamaya görə yeni cəzalar müəyyənləşir. Oxu.Az-ın məlumatına görə, sözügedən məsələ Cinayət Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Mövcud qanunvericiliyə görə, qeyd olunan əməllər təkrar törədildikdə dörd ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Layihədə isə təklif olunur ki, bu müddət müvafiq olaraq beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə əvəzlənsin.
Mənbə
oxu.az