Kriminal
Ağdamda qazıntı zamanı insan sümükləri tapıldı
Ağdam rayonunda insan sümüklərinə bənzər sümük fraqmentləri aşkarlanıb. Oxu.Az-ın məlumatına görə, hadisə iyunun 22-də rayonun Baş Qərvənd kəndi ərazisində tapılıb. Ərazidə qazıntı işləri aparılarkən insan sümüklərinə bənzər sümük fraqmentlərinə rast gəlinib. Ərazidə işlər dayandırılıb və hadisə yerinə aidiyyəti qurumlar cəlb ediliblər, sümük fraqmentləri götürülüb. Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Mənbə
oxu.az