Siyasət

Bakı Şəhər Heyvanat Parkı ləğv edilərək yeni quruma birləşdirilir

23 Jun 2026, 10:54 1 baxış
Bakı Şəhər Heyvanat Parkı ləğv edilərək yeni quruma birləşdirilir
Bakı Şəhər Heyvanat Parkı (Zoopark) ləğv edilərək paytaxtda yeni yaradılan "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) birləşdirilir. Oxu.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun "Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında" Prezident Fərmanının icrasını təmin etmək məqsədilə imzaladığı Sərəncamda qeyd olunub. Sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumlarla razılaşdırmaqla, Bakı Şəhər Heyvanat Parkının Sahibsiz Heyvanlara Qayğı Mərkəzinə birləşmə yolu ilə yenidən təşkili barədə təkliflərini iki ay müddətində hökumətə təqdim etməlidir.
Mənbə oxu.az

Oxşar Xəbərlər