Kriminal

Bakıda 71 yaşlı kişi ağacdan yıxılıb öldü

23 Jun 2026, 10:56 1 baxış
Bakıda 71 yaşlı kişi ağacdan yıxılıb öldü
Paytaxtın Sabunçu rayonunda 71 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Kürdəxanı qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini 1955-ci il təvəllüdlü Yamil Yəhya oğlu Məmmədov ağacdan yıxılıb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, orada ölüb. Faktla bağlı araşdırmalar aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər