Siyasət

ABŞ ilə İran arasındakı proses Xəzəryanı dövlətlərə necə təsir edəcək? - VİDEO

23 Jun 2026, 01:00 3 baxış
ABŞ ilə İran arasındakı proses Xəzəryanı dövlətlərə necə təsir edəcək? - VİDEO
Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişdə bildirilib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün ölkə iqtisadiyyatına müsbət təsir göstərdiyini bildirib. Ermənistanın "Aysor" nəşrinin yaydığı xəbərdə bildirilir ki, N.Paşinyan Milli Assambleyada 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatın müzakirəsi zamanı çıxış edərək Azərbaycan-Ermənistan münaqişəsinin başa çatdığını və 2026-cı il seçkisində Ermənistan xalqının sülhü müdafiə etdiyini deyib.

Baş nazirin sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması artıq ölkənin iqtisadi inkişafına yeni təkan verib. Rusiya ümid edir ki, ABŞ ilə İran arasında uzunmüddətli barışıq Xəzəryanı dövlətlərin beştərəfli formatda tam işini bərpa etməyə imkan verəcək. TASS xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib. "İran münaqişəsi beynəlxalq təhlükəsizliyə mənfi təsir göstərib, o cümlədən bu, Xəzər regionunda da hiss olunub. Ümid edirik ki, ən yaxın vaxtda münaqişə tərəflərinin əldə olunmuş razılaşmaları imzalandıqdan sonra Xəzəryanı dövlətlər - İran, Qazaxıstan, Türkmənistan, Rusiya və Azərbaycan beştərəfli formatda bundan əvvəl Xəzərdə planlaşdırılmış birgə addımların həyata keçirilməsini davam etdirə bilərlər", - deyə o bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər