Cəmiyyət

Bir qrup müəllimə ŞAD XƏBƏR: Maaşlarına əlavələr ediləcək

22 Jun 2026, 13:16 3 baxış
Bir qrup müəllimə ŞAD XƏBƏR: Maaşlarına əlavələr ediləcək
Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin texnologiya, təsviri incəsənət, tarix, fiziki tərbiyə, musiqi fənləri üzrə (həmçinin əvvəlki illərdə sertifikasiyası keçirilmiş fənlər üzrə pedaqoji fəaliyyətinin 3 ili tamam olmuş və ya sosial məzuniyyətdən qayıtmasının 1 ili tamam olmuş) sertifikatlaşdırılması həyata keçiriləcək. Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, göstərilən fənlər üzrə 4 453 müəllimə sertifikasiyada iştirak üçün müvafiq sistem üzərindən dəvət göndərilib. Qeyd edək ki, Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq sertifikasiyada uğur qazanan müəllimlərin vəzifə maaşlarına əlavələr edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər