Cəmiyyət
Bakıda restoranda qadın qəfil vəfat etdi
Bakıda restoranda ölüm hadisəsi baş verib. Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, iyunun 20-də saat 22 radələrində 1958-ci il təvəllüdlü paytaxt sakini Qızxanım Hüseynova Atatürk prospekti, 69-da yerləşən "Lido" restoranında qəfil vəfat edib. Onun ürək çatışmazlığından həyatını itirdiyi bildirilib. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az