Cəmiyyət

Ramin Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun məzunlarına müraciət edib

22 Jun 2026, 12:23 2 baxış
Ramin Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun məzunlarına müraciət edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov tələbələri Azərbaycanın milli maraqlarını qorumağa səsləyib. Oxu.Az xəbər verir ki, bu barədə o, Azərbaycan İlahiyyat İnstitutunun "Məzun günü"ndə çıxışı zamanı danışıb. Ramin Məmmədov bildirib ki, bu günün məzun tələbələri gələcəkdə Azərbaycanın milli kadr bazasının bir hissəsinə çevriləcəklər: "Bundan sonrakı fəaliyyətinizdə Azərbaycanın milli maraqlarını və milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, onları zənginləşdirmək və gələcək nəsillərə ötürmək sizin həm mənəvi borcunuz, həm də vətəndaşlıq öhdəliyinizdir". Sonda Ramin Məmmədov tələbələrə uğurlar arzulayıb və onları bu gün münasibətilə təbrik edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər