Cəmiyyət

Bakıda minik avtomobili motosikletçini vurdu - ANBAAN GÖRÜNTÜLƏR

22 Jun 2026, 09:38 12 baxış
Bakıda minik avtomobili motosikletçini vurdu - ANBAAN GÖRÜNTÜLƏR
Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, bununla bağlı görüntü sosial şəbəkədə paylaşılıb. Qeyd olunub ki, hadisə iyunun 21-də saat 02:05-də Şıxəli Qurbanov küçəsində qeydə alınıb. Belə ki, 77-YG-318 dövlət nömrə nişanlı "Chevrolet Cobalt" avtomobilinin sürücüsü 99-K-795 dövlət nömrə nişanlı motosikleti idarə edən şəxsi vurub. Qəza ilə bağlı müvafiq qurumlara sorğu verilib. Hadisənin görüntülərini təqdim edirik:
Mənbə oxu.az

Oxşar Xəbərlər