Cəmiyyət
"Qatdım ayını qabağıma..." - Əhalisinin çoxunun vəfat etdiyi kənddən reportaj - VİDEO
Baku TV-nin "Kəndinə qayıt" verilişinin yeni buraxılışında Oğuz rayonunun Baş Daşağıl kəndinə səfər edilib. Rayon mərkəzindən 25 kilometr aralıda yerləşən, 1 200-dən çox əhalisi olan kənd təbii gözəlliyi ilə seçilir.
Verilişdə kəndin ən yaşlı sakini, 1928-ci il təvəllüdlü Mehralı Səmədov ilə həmsöhbət olunub. O bildirib ki, Baş Daşağılda ayı ilə üz-üzə gələn azsaylı insanlardan biridir. Onun sözlərinə görə, ömrü boyu birlikdə yaşadığı 200-dən çox kənd sakini artıq dünyasını dəyişib. Mehralı baba qeyd edib ki, gənclərin kənddə qalması üçün onlara iş və yaşayış şəraiti yaradılmalıdır. O özü isə doğulub boya-başa çatdığı yurdu heç vaxt tərk etmədiyini və bundan sonra da ayrılmaq fikrində olmadığını bildirib. "Bura mənim doğulduğum yerdir. Niyə kəndimi qoyub özgə yerə gedim? Yayda hamı buraya toplaşır. Kəndimiz cənnətdir, buradan getmək olarmı?", - deyə kənd sakini vurğulayıb.

Mənbə
oxu.az