Cəmiyyət

Yağışdan sonra gölməçələr tarixə qovuşa bilər: Bakıda iri layihə icra olunur - VİDEO

22 Jun 2026, 00:00 2 baxış
Yağışdan sonra gölməçələr tarixə qovuşa bilər: Bakıda iri layihə icra olunur - VİDEO
Bakıda intensiv yağışlar zamanı yaranan gölməçələrin və nəqliyyatda müşahidə olunan problemlərin aradan qaldırılması məqsədilə yeni layihələr həyata keçirilir. Paytaxtın müxtəlif ərazilərində tətbiq olunan mikrotunel sistemləri yağış sularının səmərəli şəkildə yönləndirilməsinə xidmət edəcək. Oxu.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, ekspert Rauf Ağamirzəyevin sözlərinə görə, yeni kollektorlar böyük həcmdə su axınını qəbul edərək yol infrastrukturunun dayanıqlığını artıracaq və nəqliyyatın fasiləsiz hərəkəti üçün əlverişli şərait yaradacaq.
Bununla yanaşı, Pirşağı sutəmizləyici qurğusuna istiqamətlənən kollektorların tikintisi də davam etdirilir. Dövlət proqramı 2026-2035-ci illəri əhatə etsə də, layihənin ilkin nəticələrinin 2028-ci ilin əvvəlində, daha geniş təsirlərinin isə 2030-cu ildə hiss olunacağı gözlənilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər