Digər
1579-cu gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Rusiya müharibənin 1579-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 671 təyyarəsi, 284 helikopteri, 166 310 PUA-sı, 662 zenit-raket kompleksi, 29 865 tank və digər zirehli texnikası, 1 745 reaktiv yaylım atəş sistemi, 35 440 artilleriya və minaatanı, 64 593 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
Mənbə
axar.az