Digər

İsrail öhdəliklərini yerinə yetirmir - Bəqai

21 Jun 2026, 13:29 2 baxış
İsrail öhdəliklərini yerinə yetirmir - Bəqai

Anlaşma Memorandumunun 13-cü bəndi çox açıq şəkildə ifadə olunur: yekun razılaşma üçün danışıqların başlanması beş konkret müddəadan, o cümlədən Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması ilə bağlı memorandumun 1-ci bəndindən asılıdır.


Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.


“Bilirik ki, bu bənd yerinə yetirilməyib. ABŞ ya onun yerinə yetirilməsini təmin edə bilməyib, ya da istəmir.


İsrail rejimi öhdəliklərini pozmağa davam edir. Bu məsələ bugünkü danışıqların əsas mövzusudur”, - o vurğulayıb.


Qeyd edək ki, ABŞ-İran danışıqlarının 21 iyunda İsveçrədə keçiriləcəyi gözlənilir.

Mənbə axar.az

Oxşar Xəbərlər