Digər

İsveçrə danışıqlarında ən vacib məsələ…

21 Jun 2026, 12:20 2 baxış
İsveçrə danışıqlarında ən vacib məsələ…

İsveçrədəki danışıqlar Livanla bağlı təcili görüşlə başlayacaq.


Axar.az xəbər verir ki, bu barədə CNN mənbəyə istinadla məlumat yayıb.


“Görüşlə tanış olan diplomatın sözlərinə görə, İsveçrə danışıqlarına Livanla bağlı təcili görüş də əlavə edilib və bu, ilk müzakirə mövzusu olacaq.


İsveçrəyə yola düşməzdən əvvəl ABŞ vitse-prezidenti Ceyms Devid Vens bildirib ki, prioritetlərdən biri İsrailin raket atəşinə məruz qalan Livanda atəşkəsdə irəliləyiş əldə etməkdir.


İran rəsmisi kanala təsdiqləyib ki, Livandakı münaqişəyə son qoymaq İran nümayəndə heyətinin gündəliyindəki ən vacib məsələdir”, - məlumatda qeyd olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər