Digər
İspaniya baş nazirinin arvadına ölkədən çıxış qadağası qoyuldu
İspaniya Baş naziri Pedro Sançezin həyat yoldaşının ölkədən çıxışına qadağa qoyulub.
Axar.az xəbər verir ki, bu barədə “Döyçe Velle” məlumat yayıb.
“İspaniya məhkəməsi Beqona Qomezə qarşı korrupsiya istintaqı çərçivəsində yeni məhkəmə nəzarəti qərarları verib.
Qomezə pasportunu təhvil vermək, İspaniyanı tərk etməmək və ayda iki dəfə məhkəməyə gəlmək əmri verilib”, - məlumatda bildirilib.
Qeyd edək ki, Qomez biznes sektorunda korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz varlanma və mənimsəmədə ittiham olunur.
Mənbə
axar.az