Digər
Krımda əhaliyə talonla da benzin satışı dayandırıldı
Krımın Sevastopol şəhərində əhaliyə kuponlarla da benzin satışı dayandırılıb.
Axar.az xəbər verir ki, bu barədə Sevastopol şəhərinin qubernatoru Mixail Razvojayev məlumat verib.
Onun sözlərinə görə, şəhərə benzin tədarükü gecikir.
“Yanacaq yalnız operativ xidmətin maşınlarına satılacaq”, - Razvojayev bildirib.
Qeyd edək ki, Ukrayna ordusunun hücumları səbəbindən Sevastopolda benzin qıtlığı yaranmış, əhaliyə benzin talonla satılırdı.
Mənbə
axar.az