Digər
Ukrayna Krım və Krasnodardakı limanları vurdu - Video
Ukrayna ordusu Krım və Krasnodara kütləvi zərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, Krımdakı Kerç limanına zərbələr endirilib.
“Bu səhər Kerçdə dronların kütləvi hücumu baş verib və partlayışlar şəhərin hər yerində eşidilib. Limanda zərbə qeydə alınıb”, - məlumatda qeyd olunub.
Zərbələr nəticəsində limanda güclü yanğının baş verdiyi bildirilib.
Krasnodar diyarındakı “Qafqaz” limamı da zərbələrə məruz qalıb. Nəticədə limanda partlayışlart baş verib.
Mənbə
axar.az