Digər

Britaniya elə bir silah hazırladı ki, Ukrayna da yararlanacaq

21 Jun 2026, 01:42 1 baxış
Britaniya elə bir silah hazırladı ki, Ukrayna da yararlanacaq

Böyük Britaniya ABŞ-dan silah və texnologiya asılılığını azaltmaq məqsədilə ucuz uzaqmənzilli silah sistemləri hazırlayır.


Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.


Məlumata görə, sözügedən silahların nəzəri olaraq Ukraynada istifadəsi də mümkün ola bilər. Yaxın aylarda Böyük Britaniya və Ukrayna ərazisində üç sistem sınaqları keçiriləcək. Bu sistemlər “MBDA” , “MGI Engineering” və “Rotron Aerospace” tərəfindən hazırlanır.


Bildirilib ki, sınaqlardan sonra bu sistemlərin bir il ərzində döyüş bölgəsinə göndərilməsi ehtimalı nəzərdən keçirilir.


Qeyd olunur ki, yeni texnologiyaların əsas məqsədi ABŞ istehsalı komponentlərdən və məlumatlardan asılılığı azaltmaq və Britaniyanın müdafiə sahəsində müstəqilliyini artırmaqdır.

Mənbə axar.az

Oxşar Xəbərlər