Cəmiyyət

Abşeronda faciə: azyaşlını motosiklet vurub öldürdü

20 Jun 2026, 12:59 13 baxış
Abşeronda faciə: azyaşlını motosiklet vurub öldürdü

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə iyunun 19-da axşam saat 18 radələrində rayonun Masazır kəndi ərazisində qeydə alınıb. 2007-ci il təvəllüdlü Fuad Azad oğlu Babaşov idarə etdiyi "Minsk D D4" motosikleti ilə Masazır kəndi, "Qurtuluş-93" yaşayış kompleksinin qarşısındakı küçədə hərəkətdə olarkən sola manevr etdiyi vaxt yolu qaçaraq keçən 2022-ci il təvəllüdlü Atilla Rafail oğlu Bağırovu vurub.


A.Bağırov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.


Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər