Cəmiyyət

Mehriban Əhmədova ailədaxili münasibətlərdən danışdı: "Kişi üçün ən ağır təhqirdir" - VİDEO

20 Jun 2026, 01:32 2 baxış
Mehriban Əhmədova ailədaxili münasibətlərdən danışdı: "Kişi üçün ən ağır təhqirdir" - VİDEO
Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qonağı hüquqşünas Mehriban Əhmədova olub. O, ailədaxili münasibətlərdə qadınların tez-tez etdiyi səhvlərdən söz açıb. "Qadınlarımızın mübahisə zamanı işlətdiyi "kişi deyilsən?!" ifadəsi bir kişi üçün ən ağır təhqirdir. Bu, onu sındırmaq deməkdir. Halbuki başqa millətlərdə "sən mənim kişimsən, bunu etməlisən" deyərək stimul verirlər. Sözün gücü çox böyükdür, o, insanı bir anın içində göylərə də qaldıra bilər, yerə də vura bilər", - deyə hüquqşünas bildirib.
Mehriban Əhmədova, həmçinin qadınların peşə sahibi olmasının və ailəyə dəstək verməsinin önəmini vurğulayıb: "Qadının mütləq bir peşəsi olmalıdır, çünki həyatda bizi nəyin gözlədiyini, valideynlərimizin və ya yoldaşımızın hər zaman yanımızda olub-olmayacağını bilmirik. Peşəsi olan qadın özünü güvəndə hiss edir. Həm də indiki dövrdə kişi və qadının birgə çalışıb bir-birinə dəstək olması mütləqdir".
Mənbə oxu.az

Oxşar Xəbərlər