Cəmiyyət
Avtobuslarda kondisioner problemi: Sərnişinlər çətin vəziyyətdə - VİDEO
Temperatur yüksəldikcə ictimai nəqliyyatda da isti müzakirələr başlayır. Sərnişinlər deyirlər ki, avtobuslarda kondisionerlər ya qoşulmur, ya da ümumiyyətlə işləmir. Beləcə, həm sərnişinlər, həm də sürücülər çətin vəziyyətdə qalırlar. İstiyə qarşı öz üsullarını tapmağa çalışan sürücülər də var. Oxu.Az xəbər verir ki bu barədə İTV-nin videomaterialında bildirilib.
Çəkiliş zamanı avtobuslardan biri kondisioner nasazlığı səbəbindən təmirə göndərilib. Sürücülər isə deyirlər ki, nasazlıq baş verəndə sərnişinlər ilk növbədə onları günahlandırırlar: "Maşın qarajdan çıxır, yolda xarab olur, onu sərnişin bilmir. Biz də məlumat veririk ki, indi olub". Daşıyıcı şirkətlər isə bildirirlər ki, avtobusların böyük əksəriyyətində kondisionerlər işlək vəziyyətdədir. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, hər il olduğu kimi, bu il də yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi xəbərdarlıq məktubu göndərilib.

Mənbə
oxu.az