Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
"Dr.Gülü" kimi tanınan Gülbadə Abdullayevadan yenidən şikayət var.
Axar.az Unikal.az-a istinadən xəbər verir ki, pasiyent Babayeva İnci Həsən qızı "Büllur" klinikasında üzgərdirmə əməliyyatından sonra problemlərlə rastlaşdığını bildirib.
Onun sözlərinə görə, Gülbadə Abdullayevanın əməliyyatından sonra üz sinirləri zədələnib, ağrıları güclənib. İ.Babayeva həkimin qəbuluna düşə bilmədiyini deyir. O, əməliyyatdan sonra üz tikişlərinin ümumiyyətlə bağlanmadığını bildirib.
Qeyd edək ki, diplomu və lisenziyası olmayan Gülbadə Abdullayeva "estetik cərrah" kimi fəaliyyətini davam etdirir. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilmişdi ki, Abdullayeva Gülbadə Əlqismət qızının adı tibb işçilərinin vahid reyestrində mövcud deyil və tibbi fəaliyyətlə məşğul olmaq səlahiyyəti yoxdur. "Dr Gülü " kimi tanınan G.Abdullayeva xəstələrin üzərində qeyri-etik hərəkətləri ilə də tanınır. Dəfələrlə onunla bağlı şikayətlər səsləndirilsə də, hələ ki heç bir hüquqi addım atılmayıb.