Cəmiyyət

Zaqatalada minik avtomobilləri toqquşdu - XƏSARƏT ALAN VAR

19 Jun 2026, 10:52 2 baxış
Zaqatalada minik avtomobilləri toqquşdu - XƏSARƏT ALAN VAR
Zaqatalada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, qəza Şəki-Yevlax-Zaqatala-Gürcüstan magistral avtomobil yolunun 132-ci kilometrliyində qeydə alınıb. Belə ki, saat 22:00-da 08-BK-753 dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomobillə 99-XD-407 dövlət qeydiyyat nişanlı "Opel" markalı maşın toqquşub. Hadisə nəticəsində VAZ-2107-nin sürücüsü, 36 yaşlı Ramiz Qurbanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər