Cəmiyyət

Azərbaycanlı gənc Gürcüstanda faciəli şəkildə öldü - Foto

19 Jun 2026, 09:54 2 baxış
Azərbaycanlı gənc Gürcüstanda faciəli şəkildə öldü - Foto

Marneulidən olan gənc Urekidə dənizdə boğularaq həyatını itirib.


Axar.az Oxu.az-a istinadla xəbər verir ki, Urekidə baş verən faciə nəticəsində Marneuli bələdiyyəsinin Ağməmmədli kənd sakini, 21 yaşlı Elnur Nəbiyev həyatını itirib.


Qeyd edək ki, iyunun 18-də Urekidə Qara dənizdə güclü axın Marneuli bələdiyyəsindən olan dörd gənci aparıb. Xilasedicilər onların hamısını sudan çıxarsalar da, gənclərdən birinin həyatını xilas etmək mümkün olmayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər