Cəmiyyət

Xalq artisti Cavan Zeynallının səhhətində problem yaranıb

19 Jun 2026, 01:00 4 baxış
Xalq artisti Cavan Zeynallının səhhətində problem yaranıb
Xalq artisti Cavan Zeynallı səhhətində yaranan problemlərlə əlaqədar olaraq efirə qatıla bilməyib. Oxu.Az xəbər verir ki, bu barədə aparıcı Mətanət Əliverdiyeva "Xəzər axşamı" verilişində məlumat verib. O bildirib ki, sənətçi proqramın qonağı kimi dəvət olunsa da, səhhətindəki narahatlıq səbəbindən studiyaya gələ bilməyib. "Anonslarda yəqin ki, görmüsünüz, Cavan Zeynallı verilişimizdə olmalı idi. Özünü nasaz hiss etdiyi üçün gəlmədi. Allah ona şəfa versin. Gələn verilişlərdə Cavan müəllimi burada gözləyirik", - deyə aparıcı qeyd edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər