Cəmiyyət
Bir əsrlik ömür: 100 yaşlı Ziba Məmmədovanın gənclərə tövsiyəsi - VİDEO
Gəncəli Ziba Məmmədova ömrünün 100-cü baharını yaşayır. O, nurlu çöhrəsi, yüksək enerjisi, yaddaşı və həyat eşqi ilə diqqət çəkir.
Ziba nənənin 4 övladı, 11 nəvəsi, 14 nəticəsi və 2 kötücəsi var. Uzun illər tarix və coğrafiya müəllimi kimi fəaliyyət göstərən Ziba xanım ömrünü minlərlə şagirdin savadlanmasına, onların layiqli vətəndaş və şəxsiyyət kimi formalaşmasına həsr edib. Z.Məmmədova həyatının ən maraqlı səhifələrindən böyük həvəslə Baku TV-yə söz açıb. "Ali məktəbi yüksək qiymətlərlə bitirmişəm. Həmişə oxuduğum təhsil müəssisəsində fərqlənən tələbələrdən olmuşam. Şagirdlərimi hər zaman çox sevmişəm. Övladlarımı da elə tərbiyə etmişəm ki, vaxtlı-vaxtında yatıb-durublar, qidalanmalarına diqqət ediblər. Mənim hər bir nəsihətim onların yaddaşına həkk olunub. Gənclərə tövsiyəm odur ki, həmişə müəllimlərin hörmətini saxlasınlar və onların nəsihətlərinə qulaq assınlar", - deyə o bildirib.

Mənbə
oxu.az