Cəmiyyət

Türkiyə MN Azərbaycan hərbçilərinə təlim keçəcək

18 Jun 2026, 18:51 2 baxış
Türkiyə MN Azərbaycan hərbçilərinə təlim keçəcək

Türkiyə Milli Müdafiə Nazirliyi 2026-2027-ci illərdə Azərbaycan hərbçiləri üçün təlim keçəcək.


Axar.az xəbər verir ki, bu barədə nazirliyin X səhifəsində qeyd olunub.


Məlumata görə, plan çərçivəsində 16 ölkədən – Azərbaycan, Burundi, Banqladeş, Qvineya, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Şimali Makedoniya, Liviya, Macarıstan, Mali, Monqolustan, Özbəkistan, Seneqal, Somali və Türkmənistandan ümumilikdə 448 hərbi qulluqçu üçün təlim kvotası ayrılıb.


Nazirlikdən əlavə olunub ki, il ərzində dost və müttəfiq ölkələrdən daxil olan əlavə müraciətlərə uyğun olaraq bu sayın artacağı gözlənilir.


"Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən bir çox dost və müttəfiq ölkə ilə imzalanmış ikitərəfli sazişlər çərçivəsində təlim və məsləhət fəaliyyəti həyata keçirilir", - məlumatda bildirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər