Cəmiyyət

Sertifikasiya imtahanının ikinci günündə 3 mindən çox müəllim iştirak edib

18 Jun 2026, 17:44 3 baxış
Sertifikasiya imtahanının ikinci günündə 3 mindən çox müəllim iştirak edib
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü yekunlaşıb. Oxu.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. Bildirilib ki, test imtahanında 3548 nəfər müəllim iştirak edib, 98% davamiyyət qeydə alınıb: "Bu gün təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 19 iyun saat 12:00-dan etibarən start veriləcək. Proses və nəticələrlə bağlı hər hansı narazılığı və ya şikayəti olan müəllimlər portal.edu.az platformasının "Sertifikatlaşdırma" bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər". Qeyd edək ki, müraciətlərin qəbulu 19 iyul saat 12:00-a qədər davam edəcək. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər