Cəmiyyət

Agentliyin departament müdiri işdən çıxdı: YÜKSƏK VƏZİFƏYƏ təyin olundu - FOTO

18 Jun 2026, 14:12 4 baxış
Agentliyin departament müdiri işdən çıxdı: YÜKSƏK VƏZİFƏYƏ təyin olundu - FOTO
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin departament müdiri işdən çıxıb. Oxu.Az "Unikal"a istinadən xəbər verir ki, Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamentinin müdiri Yalçın Sakit oğlu Niftiyev vəzifəsindən ayrılıb. O, 2024-cü ildən bu vəzifədə çalışırdı. Agentliyin Hüquq departamentində isə yeni təyinat olub. Əsəd Nazim oğlu Əliyev adıçəkilən departamentin Məhkəmə mübahisələri və qərarların icrasına nəzarət şöbəsinin müdiri təyin edilib. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin işdən çıxan departament müdiri Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) yüksək vəzifəyə təyin olunub. Y.Niftiyev SOCAR vitse-prezidentinin müavini təyin edilib. Fotoda Yalçın Niftiyev:
Agentliyin departament müdiri işdən çıxdı: YÜKSƏK VƏZİFƏYƏ təyin olundu - FOTO Agentliyin departament müdiri işdən çıxdı: YÜKSƏK VƏZİFƏYƏ təyin olundu - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər