Cəmiyyət
Sumqayıtın bir hissəsində su kəsildi - SƏBƏB
Sumqayıt şəhərində suyun verilişində məhdudiyyət yaranıb. Bu barədə Oxu.Az-ın qaynar xəttinə müraciət edən sakinlər məlumat verib. Sakinlərin sözlərinə görə, şəhərin 18-ci mikrorayon ərazisində səhər saatlarından suyun verilişi dayandırılıb. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, su xəttində qəza baş verib: "Hazırda su xəttində qəzanın aradan qaldırılması istiqamətində təmir və bərpa işləri görülür. Axşama doğru işlər yekunlaşdırılacaq, daha sonra suyun verilməsi mərhələli şəkildə bərpa ediləcək".
Mənbə
oxu.az